Hansı dövlət orqanlarında boş vəzifə var? –Vakant yerlərin SİYAHISI

0
5
Dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibəyə 8 dövlət orqanı üzrə 41 vakant yer çıxarılıb.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələri Mədəniyyət və Turizm Nazirliyi (1 vakansiya), Kənd Təsərrüfatı Nazirliyi (1 vakansiya), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (15 vakansiya), Dövlət Statistika Komitəsi (12 vakansiya),Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (9 vakansiya), Gəncə Apellyasiya Məhkəməsi (1 vakansiya), Cəbrayıl Rayon Məhkəməsi (1 vakansiya) və Gəncə şəhəri Nizami Rayon Məhkəməsindədir (1 vakansiya).

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib. Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 24 iyuldan 14 avqustadək saat 18:00‑dək DİM tərəfindən aparılacaq.