Sakit okeanda Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, Yaponiya Baş Meteorologiya İdarəsinin yaydığı informasiyaya görə, zəlzələnin episentri okeanda qeydə alınsa da, yeraltı təkanlar Fukusima rayonunda hiss olunub.
Təlafat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə də elan olunmayıb.