Böyrəkləri təmizləyən, xərçəngdən qoruyan QARPIZLI-ZƏNCƏFİLLİ DETOKS

0
1

Təbiətdə bədəni xüsusən də böyrəkləri təmizləyən məhsullar çoxdur.

Qarpız isə onların içində ən effektividir. Sadəcə düzgün hazırlanma qaydasını bilmək kifayətdir.
Publika.az-ın təqdim etdiyi Qarpızlı və zəncəfilli detoks resepti dünyanın ən peşəkar dietoloqlarının yeniliyidir. Bu şirə həmçinin, xərçənglə mübarizədə əvəzsiz dərmandır. Detoksun dəqiq hazırlanma və istifadə qaydası aşağıdakı kimidir.

Lazım olan ərzaqlar:

– 5 fincan kiçik doğranmış qarpız dilimi

– təzə zəncəfil kökü (təxmini 5 sm)

– 1 ədəd qabığı soyulmuş laym(yaşıl limon)

– 4 ədəd nanə yarpağı

Bütün ərzaqları şirəsıxan maşından keçirin. 5 dəqiqə kənarda gözlətdikdən sonra için. Olduqca ləzzətli bu detoks həmçinin sərinləşdirici yay içkisidir. Onu da qeyd etmək lazımdır ki, Qarpızlı zəncəfilli şirəni günün ilk yarısı içmək daha məqsədə uyğundur.
Sağlam olun!