Rusiyada 7,4 bal gücündə zəlzələ – Sunami təhlükəsi var

0
4
Rusiyanın Komandor adaları yaxınlığında, Berinq dənizində 7,4 bal gücündə zəlzələ baş verib.

“ Azinforum.az ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Nikolskoye yaşayış məntəqəsindən 233 km məsafədə, 48 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.

“Reuters” agentliyi 300 kilometr radiusda sunami təhlükəsinin ola biləcəyi barədə məlumat verib.