Türkiyə almaniyalı deputatlara Konyada hərbi bazaya getməyə icazə vermədi

0
3

Türkiyə Almaniya parlamentarilərinə NATO-nun Konyada yerləşən hərbi bazasını ziyarət etməyə icazə verməyib.

Trend-in məlumatına görə, deputatların alman hərbi kontingenti yerləşən bu bazaya səfəri iyulun 17-ə planlaşdırılmışdı.

Almaniyalı parlamentarilərin səfərinə qadağa qoyulması barədə xəbərdarlıq ölkənin Xarici İşlər Nazirliynə təqdim olduğu artıq qeyd olunub.

Qeyd olunur ki, deputatların səfərinə icazə verilməməsi nota şəklində ünvanlanıb və notada deyilir ki, Türkiyə və Almaniya arasında hazırda münasibətlər o qədər gərgindir ki, deputatların səfəri indi arzuolunmazdır.