Bələdiyyə sədri özünü asdı

0
4
Şəkidə bələdiyyə sədri özünü asıb.

APA-nın xəbərinə görə, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.