Modern.az xəbər verir ki, bu haqda xəbəri ictimailəşdirən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili etiraz əlaməti olaraq, parkomata pul verməyəcəyini bəyan edib.
“Şəxsən mən o maddi durumda deyiləm ki, işə gəlib maşın saxladığıma görə gündə 20-30 manat ödəyim”.
Baş redaktor bu məsələyə görə Bakı Şəhər İcra Hakimiyyətini qınayıb. “Azərbaycan” nəşriyyatında çalışan jurnalistlər A.Mərzilini müdafiə edərək etiraz etməyə başlayıblar. Onlar Bakı meriyasına müraciət edərək parkomatın yığışdırılmasını istəyiblər.