Bu 4 HALDA mütləq su için! Sağlamlığınızı qoruyacaqsınız

0
4

Su həyatdır. Adi suyun gün ərzində normal miqdarda istehlakı insanı bir çox xəstəlik və pozulmalardan qoruya bilər. Bəzi hallarda su içmək xüsusilə vacibdir.

1. Oyandıqdan dərhal sonra aramla 2 stəkan su için. Bu gecə vaxtı əmələ gələn susuzlaşmanın qarşısını alır, daxili orqanları aktivləşdirir, mübadilə proseslərini sürətləndirir, qəbizliyin qarşısını alır, insanı daha gümrah edir.

2. Yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan su için. Bu həzm proseslərini yaxşılaşdırır.

3. Vanna qəbul etdikdən əvvəl 1 stəkan su için. Bu arterial təzyiqi normallaşdırır, orqanizmi şlak və toksinlərdən daha yaxşı təmizləməyə yardım edir.

4. Yatmazadan əvvəl 1 stəkan su için. Bu gecə susuzlaşmanın, insult və ürək tutmalarının qarşısı alır.