Türkiyə sərhədində şok hadisə –İnkassatora hücum edib, 7 milyon dollar apardılar

0
3

Türkiyənin cənub-şərqində Şırnak vilayətində inkassator avtomobilinə hücum olunub.

Hadisə Habur sərhəd-keçid məntəqəsinin yaxınlığında qeydə alınıb.

Polisin verdiyi məlumata görə, avtomobilə hücum edən naməlum şəxslər 7 milyon dollar həcmində pulu oğurlamağa müvəffəq olublar.

Həmin pulların Şimali İraqda kürd muxtariyyətinə mallar tədarük edən şirkətə məxsus olduğu bildirilir/Trend.