Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət etdi:“Sosial şəbəkələrdə hərbi xidmət barədə müzakirələr aparmayın”

0
3
Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət ünvanlayıb.

Nazirliyin saytının verdiyi məlumata görə, müraciətdə deyilir:

“Hörmətli vətəndaşlar!

Hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmayın!

Hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmayın!”