Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində iki maskalı şəxs avtomobillə məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıblar. Hadisə nəticəsində 8 nəfər yaralanıb.
TASS agentliyi xəbər verir ki, bu barədə “La Provence” qəzeti yazıb. Yaralıların vəziyyətləri barədə məlumat verilmir. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində tədbirlər görülür.