Moskvadakı qasırğadan son məlumat:”2 nəfər ölüb, 22 nəfər xəsarət alıb”

0
5
Rusiya Mərkəzi federal dairəsinin ərazisində, o cümlədən Moskvada əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq 2 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Məlumata görə, 10 nəfər xəstəxanalara yerləşdirilib, daha 12 nəfərə isə ambulator tibbi yardım göstərilib.

Güclü külək və yağış nəticəsində 42 500 nəfərin yaşadığı 327 yaşayış məntəqəsinin enerji təchizatı pozulub. 47 çoxmərtəbəli binaya, həmçinin 100-dən artıq avtomobilə ziyan dəyib/Trend.