Azərbaycan antiterror siyahısını genişləndirdi –”Əl-Qaidə” və İŞİD-ə dəstəkçiləri axtarışa verildi

0
3
Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti Çin vətəndaşı Abdul Haq və Fələstin vətəndaşı Bubeker Bulqitini terrorçuluğa dəstəyə görə beynəlxalq sanksiyaların şamil olunduğu şəxslərin siyahısına daxil edib.

MBNP-nin Maliyyə Monitorinqi Xidmətindən verilən məlumata görə, həmin şəxslər “Əl-Qaidə” və İŞİD terror qruplaşmalarına dəstək göstərdiyinə görə axtarışa verilib.

Bu, 2017-ci ildə siyahıda edilmiş 15-ci dəyişiklikdir/Trend.