İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmhani ABŞ-ın “Əsəd kimyəvi silah tətbiq edərsə, ən sərt şəkildə cəzalandırılacaq” xəbərdarlığına sərt reaksiya verib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, ABŞ-ın Suriyaya birbaşa müdaxilə ehtimalını “ağılsız və atəşlə oynamaq” cəhdi sayıb:
“Bu, həm də ABŞ üçün odla oynamaq olar. Əgər Suriyaya birbaşa hərbi müdaxilə olarsa, bunun sonuncuna da qatlanacaqlar”.
Məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyi də rəsmi açıqlama yayıb.
XİN-nin sözçüsü Bəhram Kasımi ABŞ-ın son xəbərdarlığının şübhəli olduğunu bəyan edib: “Bu kimi əsassız iddiaların ortaya atılması son dərəcə dartışmalı və şübhəlidir”.
XİN sözçüsü ABŞ-ın Suriyaya hücum etdiyi halda, qarşılaşacağı durumla bağlı daha əvvəl xəbərdar edildiyini qeyd edib. O, sonda beynəlxalq aləmi ABŞ-a qarşı təpki göstərməyə çağırıb.