Bu, Hollandiya məhkəməsinin qərarında vurğulanıb.
Məhkəmənin qərarına əsasən, Hollaniya hərbçiləri Srebrenitsadakı qətllərin 30 faizinə görə məsuliyyət daşıyırlar.
Xatırladaq ki, 1995-ci il iyulun 11-də BMT-nin əsasən Hollandiya hərbçilərindən ibarət qüvvələrinin nəzarəti altında olan bu şəhərə Ratko Mladiçin komandanlığı altında Serbiya ordusu ağır texnika və çoxsaylı canlı qüvvə ilə girərək, soyqırm törədib. İki gündə 8 372 bosniyalı müsəlman öldürülüb. Onların hamısı kişilərdir. Həmin hadisədən 22 il ötsə də, indiyədək 6 241 nəfər dəfn edilib . Bu günə kimi 7 000 cəsəd tapılıb. 1372 nəfər barəsində heç bir məlumat yoxdur.
BMT-nin Təhlükəsizlik Şurasında Srebrenitsada soyqırımın olması ilə bağlı hüquqi sənədin qəbulu müzakirə olunub. Şuranın 15 üzvündən 10-u bu məsələnin lehinə səs verib. Rusiya veto qoyduğundan, sənəd qəbul edilməyib.
Yuqoslaviyadakı 1991 – 1995-ci il savaşından əvvəl Srebrenitsada 36666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı 10 000-ə yaxındır. Soyqırımadək Srebrenitsada əhalinin 78%-ni bosniyalılar, 9% -ni isə serblər təşkil edirmiş. İndi müsəlmanların sayı 5 minədək azalıb. Şəhərin əhalisinin qalanı serbdir/Report.