Bakıda səfirlik maşını vurulub.
APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qeydə alınıb. Macarıstanın Azərbaycankı səfirliyinə məxsus, Stella Farakerinin idarə etdiyi KİA markalı, 052 D 005 dövlət qeydiyyat nişanlı avtomobil naməlum maşın tərəfindən vurulub. Naməlum avtomobil hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.