Zəlzələ Türkiyədə böyük vahimə yaratdı

0
5

Egey dənizinin Türkiyə sahillərində 4,2 və 5.3 bal güclərində ardıcıl iki zəlzələ baş verib.

AzVision.az xəbər verir ki, zəlzələ Türkiyədə təşvişə səbəb olub.

Vətəndaşlar böyük vahimə ilə küçə və meydanlara axışıblar. Dağıntı və tələfatla bağlı hər hansı məlumat verilmir.