İrana məxsus balıqçı gəmisi atəşə tutulub- XİN-dən açıqlama

0
5
İrana məxsus balıqçı gəmisi Fars körfəzində Səudiyyə Ərəbistanının sərhəd mühafizəçiləri tərəfindən atəşə tutulub.

Bu barədə məlumat verən İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi bildirib ki, göyərtəsində heç bir silah olmayan balıqçı gəmisinin atəşə tutulması nəticəsində bir nəfər mülki şəxs həlak olub.

B.Qasemi qeyd edib ki, Səudiyyə Ərəbistanı sərhəd mühafizəsi gəminin su sərhədini pozduğunu bildirib. İranın bu ölkədə səfirliyinin olmadığına görə məlumatı dəqiqləşdirmək çətindir. Lakin buna baxmayaraq İran ciddi araşdırma apararaq balıqçı gəmisinin Səudiyyə Ərəbistanının su sərhədini pozmasını dəqiqləşdirəcək.

İranın Xarici İşlər Nazirliyinin sərhəd məsələləri üzrə departamentinin rəhbəri Məcid Ağababayi isə bildirib ki, daha bir balıqçı gəmisinin taleyi isə məlum deyil. Onun sözlərinə görə, bir deyil, iki gəmi atəşə tutulub.

Hazırda insidentlə bağlı araşdırma aparılır. Yerli mətbuat isə bu faktın təxribat olduğunu iddia edir(azərtac).