Putin: ABŞ-ın Türkiyədəki çevrilişdən xəbəri var idi

0
3

ABŞ xüsusi xidmət orqanları Türkiyədə dövlət çevrilişi hazırlandığından xəbərdar idilər.

Axar.az xəbər verir ki, bunu amerikalı rejissor Oliver Stouna müsahibəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mənə heç bir zaman qiyama hazırlıqda amerikalıların da iştirak etdiyini deməyib. Lakin məsələyə məntiqlə yanaşsaq, görərik ki, Gülənin təşkil etdiyi çevrilişdən ABŞ kəşfiyyatı məlumatsız ola bilməzdi”, – deyə o bildirib.