Bu çimərliklər təhlükə saçır — VİDEO

0
3

Artıq çimərlik mövsümünün açılışına sayılı günlər qalıb.

İnsanların ən çox üz tutduğu Novxanı, Türkan, Bilgəh, Buzovna, Şıx və digər çimərliklərdə aparılan monitorinqlərin nəticələri açıqlanıb. Vəziyyət heç də ürəkaçan deyil. Abşeron yarımadasının sahil boyu əraziləri istirahət üçün yararlı olsa da, antisanitariyanın hökm sürdüyü bölgələr də var.

Ziyəddin Kazımov (GEM-nin şöbə müdiri) : “Səbael və Qaradağ rayonları ərazisindəki yerləşən çimərlik, Sahil çimərliyi və Şıxovdakı çimərliklər məqsədəuyğun sayılmır. Digər ərazilərdəki çimərliklərdə isə vətəndaşlarımız səmərəli şəkildə dincələ bilərlər”.

Səhhətiniz üçün təhlükəli olduğundan ordalarda çimmək qadağandır. Mütəxəssislər deyirlər ki, çimmək üçün qadağan edilən ərazilərdə kanalizasiya xətləri olmadığından məişətdə istifadə olunan çirkab sular birbaşa Xəzər dənizinə axıdılır. Orda isə heç bir təmizləmə işləri həyata keçirilmir. Belə antisanitar məkanlarda çimmək isə bir sıra infeksion xəstəliklərə, xüsusilə də mədə bağırsaq və dəri problemlərinə yol açır.

Elfanə Süleymanova (həkim) : “İnsanlar dənizdə çimərkən müxtəlif infeksiyalara yoluxa bilər. Ən çox dəri və mədə-bağırsaq infeksiyaları ola bilir. Əsas faktor insanın immunitetinin nə qədər inkişaf etməsidir”.

Bu cür çimərliklər isə nəinki, sağlamlıq, həmçinin təhlükəsizlik baxımdan da tələblərə cavab vermir. Ona görə də aidiyyatı qurumlar belə ərazilərə getməməyi tövsiyə edir. 100-dən artıq texnika və 400-ə yaxın xilasedicisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məqsəd sakinlərin rahatlığını və təhlükəsizliyini maksimum dərəcədə təmin etməkdir. Ölkə prezidentinin çimərliklə bağlı verdiyi sərəncama uyğun olaraq, artıq Azərbaycanda beynəlxalq turizm standartları hazırlanır. Bunun üçün isə Türkiyənin təcrübəsindən istifadə olunacaq. Sahibkarlar qarşısında qoyulan şərtlərdən biri çimərliklərdə xidmət səviyyəsinin standartlara cavab verməsi məsələsi olacaq. Qiymətlərə də xüsusi nəzarət tətbiq ediləcək. Bu zaman sözün əsl mənasında istirahət etmək istəyən vətəndaşlar belə antisanitar vəziyyətlə qarşılaşmayacaqlar. Onu da deyək ki, çimərlik mövsümü iyunun 15-dən açıq elan edilir.

Paylaş: