Gözdən əlil vətəndaşın əkdiyi tütün niyə məhv olur?

0
3

Bölqələrdə aqrar sahəyə diqqət varmı?

Bir müddət öncə “Millətim.info”-ya müraciət etmiş birinci qrup gözdən əlil, Balakən rayon sakini Əhməd Bodurov cətinliklərə rəğmən artıq 10 hektar sahədə tütün əkməyə nail olub. Baxmayaraq ki, ötən il tütün əkdiyi sahəni ona qaytarmayıb, başqa ərazini versələr də, Əhməd ruhdan düşməyib, həmin sahəni də bütün aqrotexniki qaydalara uyğun əkinə hazırlaya bilib.

1

Əhməd yenə bir sıra təkliflərlə bizə müraciət etməli olub. O, minbir əziyyətlə ərsəyə gətirdiyi məhsulun sonrakı taleyindən ciddi narahatlıq keçirir:”Özünüz gəlib, müşahidə edə bilərsiniz, rayonda ən keyfiyyətli əkin sahəsi mənim sahəmdi. 40 hektarlıq sahə üçün şitil becərmişdik. Təəssüf ki, rayon rəhbərliyi bizə bu şəraiti yaratmadı. Əkdiyim şitillər istixanada qalıb zay olur. Bu il əla tütünümüz olacaq. Ancaq, qarşıda ötənilki əngəllərin yaranacağından qorxuram. Tütünü yığıb saxlamaq, qurutmaq üçün yer ayrılmayıb. Rayonda bir dənə də saxlanc kamerası yoxdu. Ötən il həmin səbəbdən tonlarla məhsulumuz xarab oldu. Mən, ölkə prezidentinin aqrar sektora xüsusi diqqətindən həvəslənib, məhsuldarlığı artırmağa çalışsam da, Balakən rayon rəhbərliyinin işimizə biganəliyi bir çox problemlər yaradır. Bir dəfə olsun belə rayon məsullarından kimsə bizə yaxınlaşmayıb. Eşitdiyimə görə, bu il rayonda nəzərdə tutulduğundan xeyli az tütün əkilib. İnanın ki, süni əngəllər olmasaydı, 100 hektar sahədə tütün becərilməsini təşkil edib, yüksək məhsuldarlığa nail olardım.”

Balakənnən həm də, Ə.Bodurovun fəaliyyətini əks etdirən video görüntülər də göndərilib. Burada həm əla məhsulun yetişdirilməsi, həm də, istixanalarda qalıb, zay olan şitillər əks etdirilib.Düşünürük ki, hələ gec deyil, Kənd Təsərrüfatı Nazirliyi, Balakən rayon rəhbərliyi ətalətdən xilas olub, birinci qrup əlilin qaldırdığı problemlərlə ciddi məşğul olmalıdırlar. Yoxsa, onların ölkə prezidentinə hesabat vermələri çətin olacaq.

Nicat

Mövzuya qayıdacağıq…