Nəm salfet TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR yaradır

0
4

Sherg.az-ın məlumatına görə, elmi araşdırmalar göstərib ki, yaş salfetlərdə olan kimyəvi maddələr ciddi allergik xəstəliklərə gətirib çıxardır.

Bu problemlərin başında isə dermatit və ekzema durur.
Alimlərin araşdırmasına görə, islaq salfetkalarda olan dermatit və ekzema kimi problemlərin kökündə kimyəvi metil dayanır.

Araşdırmaçılar bu kimyəvi maddənin getdikcə artan allergek xəstəliklərin yayılmasına gətirib çıxardığını deyir.

Metilin antibakterial nəm salfetkaların təhlükəli olduğu alimlər tərəfindən təsdiqlənib. Bildirilir ki, antibakterial nəm salfetlərdən çox istifadə astma kimi xəstəliklərin yaranmasına səbəb olur. Hətta bu yaxınlarda nəm salfetlərdən istifadə edən bir şəxsin ayaqlarında və üzündə dəhşətli səpkilər yaranıb.

Yaş salfetlərinn tərkibində aromatik maddələr olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla həmin aromatik maddələrin özünün də süni ətirlərdən ibarət olduğunu diqqətə çatdırıb. Həmin süni ətirlər öz növbəsində insan orqanizminə ziyansız deyil.

Professorun sözlərinə görə, nəinki nəm salfetlərin, həmçinin istifadə olunan digər məhsulların keyfiyyətli olub-olmamasını qiymətlərlə də təyin eləmək mümkündür:

“Ona görə də bu cür keyfiyyətsiz məhsullar allergik meyilli xəstələrdə öz işini görür. Saç boyaları da belədir. Onun tərkibində olan aromatik maddələr həm qıcıqlandırıcı, həm də allergik və dermatit törədə bilər. Xüsusilə nəzərə almalıyıq ki, bu məhsullar ucuzdurlar. Yaxşı firmalarda hansısa məsuliyyət hissi var, onların məhsullarının keyfiyyət parametrləri yüksəkdir. Bu baxımdan insanlar diqqətli olmalıdırlar. Ucuz və mənasız məhsullar alıb istifadə etməkdənsə, etməmək daha yaxşıdır”.

Nəm salfetlərdən çox istifadə zamanı insanlarda astma xəstəliyinin əmələ gəlməsinə münasibət bildirən professor qeyd edib ki, bəzi xəstələrdə astma komponentli bronxit ətirlərdən formalaşır. Çünki bronxitlərin bəziləri allergik bronxitlərdir və son anda asma komponentli bronxitə gətirib çıxara bilər”.