Balakəndə 4 bal gücündə zəlzələ oldu

0
4
Balakən rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mrəkəzindən  verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 11:20-də Zaqataladan 21 km şimal-qərbdə Balakən ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 4 km olub.

Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.