Bunu deputat Adil Əliyev bir neçə gün əvvəl Prezident Administrasiyasında aparılan struktur dəyişikliyi ilə bağlı vəzifəsini itirmiş qardaşı, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevlə bağlı açıqlamasında deyib.
Deputat bildirib ki, Məhərrəm Əliyev vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda göz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdı:
“Məhərrəm Əliyev vaxtında Ulu Öndər Heydər Əliyevin silahdaşı olub, bu gün də cənab prezident İlham Əliyevin sadiq generallarından biridir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən və ya vəzifədə olub-olmamasından asılı olmayaraq, o, prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil sadiq adamdır”.
Adil Əliyevin sözlərinə görə, heç bir qüvvə heç vaxt onu əqidəsindən döndərə bilməz:
“Mən fəxr edirəm ki, Məhərrəm Əliyev kimi böyük qardaşım var. Allah böyüklərimizi qorusun!”.