Havanın temperaturu 33 dərəcəyə çatacaq –Nazirlikdən sabaha olan hava proqnozu

0
4
Gecə və səhər bəzi  yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi  gecə və səhər arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-19° isti, gündüz  25-30° isti olacağı gözlənilir. Bakıda gecə  17-19° isti, gündüz  27-29° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  764 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %, gündüz  40-50%  təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi  yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.