Dilçilik İnstitutu:”AzTV-nin aparıcılarının nitqində kifayət qədər norma pozuntuları aşkarlanıb”

0
3
Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcılarının nitqində də kifayət qədər norma pozuntuları aşkar olunub”.

“Report” xəbər verir ki, bunu AMEA Dilçilik İnstitutu Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva “Telekanalların dil mənzərəsi” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, səhvlərə baxmayaraq, ədəbi dilin qorunması ilə bağlı ən yaxşı vəziyyət dövlət televiziyasındadır: “Monitorinq nəticəsində ədəbi dilin bütün səviyyələrinə aid faktlar aşkarlanıb. Fonetik səviyyədə samitlərin tələffüzüylə bağlı problemlər olur. Bu problemlər ən çox rus dilində təhsil almış şəxslərin nitqində, dialektlə bağlı da yaranır. Vurğunun düzgün qoyulmaması da ciddi problemdir”.

N.Qazıyev leksik səviyyə ilə bağlı səhvlərdən danışaraq bildirib ki, dialekt, vulqar, əcnəbi sözlərdən bəzən yerində istifadə olunur: “Aparıcılar “falan”, “usluqa”, “iş çox yoğun gedir”, “optavoy”, “zatən” kimi sözlərdən istifadə edirlər. Bəzi telekanalların xəbər verilişlərində, hətta bir çox xəbər saytlarıda həddən artıq obrazlılıq həddən artıq olur”. 

Mütəxəssis qeyd edib ki, morfoloji norma pozuntularına gəldikdə “Bu günləri, köməklik, narahatçılıq” və sair səhv sözlər istifadə olunur.

Şöbənin əməkdaşı vurğulayıb ki, aşkarlanan dil pozuntularının 28 faizini xəbər, 72 faizini isə əyləncə verilişlərinə aiddir: “Aşkarlanan səhvlərdən ən çoxu ifadə və üslub səhvləridir, ikinci yerdə sintaktik normadır”.