Türkiyə üzrə polis, jandarm və sahil mühafizə xidməti əməkdaşlarının birgə keçirdiyi “Hüzur Türkiyə- 6” (“Əmin-aman Türkiyə-6”) əməliyyat nəticəsində axtarışda olan min 485 nəfər tutulub.
“Report” Anadolu agentlyinə stinadən xəbər verir ki, əməliyyat ölkənin 81 əyalətində eyni vaxtda keçirilib.
Əməliyyat tədbirləri nəticəsində, axtarışda olan 115 nəqliyyat vasitəsi, sənədsiz 68 ədəd tapança və 51 ədəd ov tüfəngi, 24 min 120 qutu qaçqa siqaret qutsu, 144 litr saxta spirtli içki və s. aşkarlanaraq götürülüb.
Məlumata görə, bu ilin yanvarından başlayan “Hüzur Türkiyə”əməliyyatı nəticəsində barələrində axtarış elan olunan 7 min 855 nəfər tutulub.