Sürücülər artıq avtomobillərinin bütün cərimələrdən anında xəbərdar ola, həmçinin pulsuz hüquqi məsləhət ala bilir. Söhbət SMS Radar xidmətindən gedir.
Günün 24 saatı avtomobilin cərimələrindən anında xəbərdar olmaq çox asandır.
Xidmətə qoşulma və istifadəsi:
Addım 1
SMSRadar xidmətinə qoşulmaq istəyən Azercell, Bakcell və Nar Mobile abonentləri cərimə məlumatlarını əldə etmək istədiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00XX000) SMS-lə 5666-a göndərir.
Addım-2
SMSRadar xidmətinə məxsus qısa nömrədən gələn avtomatik cavab mesajının tələbi olaraq həmin avtomobilin texniki pasport nömrəsini (misal: AA000000) SMS-lə 5666-a göndərməlidir.
Eyni zamanda AppStore və Play market-də SMSRadar.az yazaraq mobil əlavəni yükləyə bilərsiniz. Smsradar vasitəsi ilə avtomobiliniz radara düşəndə və ya digər qayda pozuntusuna yol verəndə, həmçinin qərarsız protokollar qərarlı olanda sizə sms, protokol ödəniləndə isə elektron qəbz göndərilir.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirir ki, ola bilsin, sürücünün evinə poçt vasitəsi ilə məktublar vaxtında gəlmir, yaxud da hardasa hərəkətdə iştirak etmədiyinə görə, DYP əməkdaşları sürücünü saxlayıb məlumat vermirlər. Amma sadəcə SmsRadar xidmətinə qoşulmaqla öz mobil telefonunda SMS vasitəsilə cərimələr, onların faziləri haqqında vaxtında dəqiq məlumat almaq mümkündür.
Bundan başqa sual-cavab bölməsində pulsuz hüquqi yardım göstərilir.
Ətraflı: https://smsradar.az/
Paylaş: