Rusiya İsgəndər-M raket komplekslərini Tacikistana gətirib.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Mərkəz Hərbi Dairəsinin komandanı Vladimir Zarudnitski söyləyib. O, bu raketlərin MDB-nin “Düşənbə-Antiterror-2017” təlimində istifadə olunacağını bildirib.
Qeyd edək ki, “Düşənbə-Antiterror-2017” təliminin aktiv fazası mayın 30-da start götürəcək.
Rusiya bundan öncə İsgəndər-M raketlərindən heç bir xarici hərbi təlimdə istifadə etməyib/Axar.az.