“Zaman və Biz” qəzetinin baş redaktoru Sumqayıtda 23 saylı otra məktəbin bufentdəki biabırçılıqla bağlı məsələni ictimailəşdirib.
Valideynlərin şikayətinə əsasən sosial şəbəkədəki hesabında müraciət edə S.Arifoğlu etirazını belə ifadə edib: “Hər bir valideyin övladını məktəbə yola salanda onun saglam bir mühitə,elm öyrənməyə göndərir. Uşağın tam sağlam olub bilik ocağında təhsil alması onun düzgün qidalanmasından da aslıdır. Görəsən, bu təhsil ocaqlarında satılan qida məhsulları buna cavab verirmi. Sumqayıt şəhəri 23 saylı məktəbdə azyaşlı aşagı sinif şagirdlərinin bir neçəsi boğaz ağrısı ilə evə dönmələri valideyinləri həyəcan təbili çalmağa vadar edir..Söhbət məktəb yeməkxanasında satılan çöp sokların buzluqda dondurularaq biraz baha satmılması üçün edilir.Evə qayıdan uşaqlarda boğaz agrısı, hərarət valideyinlərdə təlaş yaradır. Belə ucuz ,keyfiyyəti qaranlıq olan, cəmi qiyməti 5 qəpik satış qiyməti olan bu soklar dondurularaq buz çopü adıyla 15 qəp. balaca şagirdlərə satılması nə qədər dogrudur? İnanırıq ki, məktəb rəhbərliyinə körpə ballalarımızın sağlamlığı daha maraqlı olar, nəinki ordan qazanılan 10 qəpik”.