RAZİ NURULLAYEVİN PARTİYASINDAN RƏSUL QULİYEVƏ TƏRƏF TRANSFERLƏR BAŞLAYIB

0
3

Razi Nurullayevin rəhbərlik etdiyi partiyada yeni  parçalanma başlayıb. Son günlərdə Şirvan şöbəsinin sədri İsmayıl İslamoğlunun istefasından sonra, partiyada müəyyən hadisələr baş verməkdədir.
Azinforum.az-ın əldə etdiyi  məlumata görə, partiya rəhbərliyi İsmayıl İslamoğlunun qəfil istefası birmənalı qarşılamayıb. Rəsul Quliyevə yaxınlığı ilə tanınan Gələcək Azərbaycan Partiyasına mətbuat xidmətinin rəhbəri təyin olunan İsmayıl İslamoğlunun müzakirələri partiyanın iclaslarında da baş tutub və qərar verilib ki, hər kəs İ.İslamoğlunu feysbuk profilində blok etsin və onu əməli sərt tənqid olunsu. Görünür partiyadan narazı şəkildə ayrılan şöbə sədrinə qarşı aparılan bu qara kampaniya onu bərk qəzəbləndirib. Elə bu səbəbdən İ.İslamoğluna yaxın olan rayon şöbə sədrləri və ümumi partiya üzvləri də, gözlənilmədən ard-arda istefaya gedir. Qeyd edək ki, bu gün Yevlax rayon şöbəsinin sədri Mikayıl Quliyev və ümumilikdə bütün Yevlax şöbəsi də partiya sıralarından istefaya gedib. Daha çox istefaların gözlənildiyi də xüsusiylə qeyd olunur.

Mövzu ilə bağlı Razi Nurullayevin rəhbərlik etdiyi qurumun da münasibətini dərc etməyə hazırıq.