Elvin Turan
Allahın nəzəri altında ən böyük savab – vətənə, millətə və ümmətə xidmətdir. Ola bilər ki, mükafatı bu dünyada heç olmasın. Amma Allah qatında mümkün deyil ki, Vətən, millət və ümmət üçlüyünü səmimi qəlbdən sevib, savaşıb, xidmət edənlər mükafatlandırılmasın. Nə edirsinizsə mükafatını gözləmədən etmək lazım.
Mükafat və yüksəklikdə bulunmaq hissi insan üçün xəstəlik halını ala bilər. Bu isə sizi hoqqabaz və zəif halına sala bilər. Güclü yanında durmaqla güclü olunmaz. Haqqın yanında duraraq güc və haqq sahibi olmaq olar. Qalib olmağın yolu – kinsiz, şübhəsiz və açıq olmaqdan keçir. Qeybət, qapalılıq, yalançılıq, şübhəçi və kinli olmaq insanın şəxsiyyətini kiçildər və onu gözdən salar. Xüsusi ilə şübhə insanın beynini yeyər. Şübhə insanı xəyanətkara və haqqsıza çevirər.
Mən çoxdan şübhələrlə və ehtiyatlarla yaşamağın daşını atmışam. Rahat olmaq lazımdır. Əgər birisi mənə nə zaman nəsə edəcəksə, qoy etsin. Bunu indidən düşünmək və şübhə girdabına girmək axmaqlıq və şeytani hissdir. Bizə bəndədən gələn “vız”gəlir. Təki Allah yanında uca yaradan üzünü və sevgisini bizdən çevirməsin. Rahat, açıq fikirli, özünə güvənən, doğruçu və sevgili olun, əfəndilər. Bu dünyada savab olan işlərlə məşğul olun, əfəndilər. Ruhunuzu şeytana yox, Allaha təslim edin, əfəndilər. Enerjinizi millətə, ümmətə bu gözəl Vətənə həsr edin, əfəndilər. Qarnınız, kefiniz və özünüz üçün yaşamaqdan arada bir ayrılıb bu gözəl Vətənədə zamanınızı, enerjinisi, paranızı xərcləyin, əfəndilər. Axı, yaradan bizi – ən ali varlıq insan kimi yaradıb. Gəlin, insan iddiası ilə, insan kimi yaşamaq üçün bir məmləkət quraq, əfəndilər!!!
P.s. Bu kiçik yazı, yaxud cızma – qara, iddiası öz yaşından böyük, enerjisi çəkisindən çox, arzuları boyundan böyük olan, ağlı başının həcmindən böyük, Vətən, millət, ümmət, insan sevgisi ürəyinin həcmindən böyük olan insanlara xitabən yazılmışdır.