İŞİD terror təşkilatı ötən gün Mançester şəhərində törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
TASS-ın verdiyi xəbərə görə, bu barədə “Akbar-İraq” internet portalı məlumat yayıb.
Bildirilir ki, terrorçular bununla bağlı videonu sosial şəbəkələrdə yerləşdiriblər(APA).
Qeyd edək ki, ötən gün Mançester Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb. Hadisəni törədən şəxs əldədüzəltmə partlayıcı qurğunu işə salıb, özü də hadisə yerində ölüb.
Strateq.az terrorla bağlı yayılan videonu da təqdim edir: