İranda keçirilən prezident seçkilərində Ruhani liderlik edir

0
19

İranda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Həsən Ruhani liderlik edir.

Azərtac RİA Novosti agentliyinə istinadla bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, hazırda səslərin 37 milyonu sayılıb və Həsən Ruhani 21,6 milyon səs toplayıb. Prezidentliyə digər əsas namizəd İbrahim Rəisi isə 14 milyon səs yığıb.

Mənbə bildirir ki, Həsən Ruhani seçkilərdə qələbə qazanıb. Çünki sayılmamış yalnız 4 milyon bülleten qalıb ki, bu da nəticəyə ciddi təsir göstərməyəcək.

Qeyd edək ki, İranda səsvermə hüququna malik əhalinin sayı 56 milyon nəfərdir.