Tərbiyəçi uşağı döyüb, bıçaqla xəsarət yetirdi – Sumqayıtda insident

0
4

Sumqayıt şəhər, 3-cü mikrorayon, Bakı prospektində yerləşən 38 nömrəli “Şəfəq” uşaq tərbiyə bağçasında 6 yaşlı Nağıyeva Mələk Azər qızına tərbiyəçisi tərəfindən xəsarət yetirilib.

Bu haqda sosial şəbəkədə məlumat yayılıb. Məlumatda qeyd edilib ki, bağçada olduğu müddətdə balaca qız dəcəllik etdiyi üçün tərbiyəçi üstünə bıcaq çıxardaraq onu hədələyib:“Deyib ki, sözə baxmasan səni kəsəcəm (şəkildə göründüyü kimi uşağın qolun cızıb).Hələ buna baxmayaraq uşağın gicgah nahiyəsindən də vurub”.

Məsələ ilə bağlı AzVision.az Sumqayıt şəhər 38 saylı bağça ilə əlaqə saxlayıb. Bağçadan bildirilib ki, məsələ artıq onlar tərəfindən müzakirə edilib. “Sadəcə olaraq valideyn əsəbi olub, o sözü işlədib. Narahat olmağa ehtiyac yoxdur. Hər şey həll olunub”.

Baxça rəhbərliyi tərbiyəçinin işdən azad edilməsi ilə bağlı sualı cavabsız qoyub.