Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun Azərtac-a daxil olmuş birgə məlumatında bildirilir ki, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş Susana Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə.Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaq cəlb edilib.
Ə.Baxşiyevə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.