Strateq.az xəbər verir ki, Tramp Ərdoğandan İzmirdə FETÖ ittihamı ilə həbs edilmiş amerikalı dindar Andre Brunsonun azad olunmasını xahiş edib.
“CNN International”ın xəbərinə görə, Trampla Ərdoğanın ilk 20 dəqiqəlik görüşündə Tramp düz 3 dəfə Ərdoğandan Brunsonun buraxılmasını istəyib.
Bu xəbər Ağ Evdən rəsmən təsdiq edilib. Həmin açıqlamada “Prezident Tramp Ərdoğandan Brunsonun təcili ABŞ-a göndərilməsini istəyib”, – deyə, bildirilib.
Ağ Evdən verilən bu açıqlamadan sonra Amerika Huquq və Ədalət Mərkəzi də belə bir açıqlama yayıb: “Bu, prezident Trampdan istədiyimiz əsas məsələ idi. Trampın bu istəyi Brunsonun evinə göndərilməsində müəyyənləşdirici bir yol, hərəkət olacaq”.
Xatırladaq ki, protestan camaatına aid olan İzmir Diriliş Kilisəsinin rəhbəri Andre Brunson həyat yoldaşı ilə birlikdə “milli təhlükəsizliyə təhdid” ittihamı ilə ötən ilin oktyabr ayının 7-də həbs edilib.