Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti,
Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Mayın 13-14-də Abşeron yarımadasında kompfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.