Trend ARB Kəpəz-ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində şəhərin Atatürk prospektində beşmərtəbəli yaşayış binasının, Dədə Qorqud küçəsində daha iki yaşayış binasının dam örtüyü uçub.
Şəhərin Mahrasa bağı adlanan ərazisində külək nəticəsində qırılan ağac fərdi yaşayış evinin damını yararsız hala salıb.
Ümumilikdə, Gəncənin 4 müxtəlif yerində yaşı 40-dan çox olan çinar ağacları aşıb. Ağaclardan biri Heydər Əliyev prospektinə düşüb, yol bağlanıb, avtomobillərin hərəkəti məhdudlaşıdırılıb. Aidiyyəti qurum əməkdaşlarının müdaxiləsi ilə aşan ağac yoldan götürülüb, hərəkət bərpa olunub.
Güclü külək Üzeyir Hacıbəyov prospektində dayanacağı da aşırıb, yolda bir istiqamətdə hərəkət məhdudlaşıb. Şəhər Fövqəladə Hallar Komissiyası dəymiş ziyanla bağlı araşdırma aparır.