İrandan ərəblərə qorxunc təhdid: “Məkkə və Mədinədən başqa hər yeri…”

0
1

İranın müdafiə naziri Hüseyn Dehqan səudiyyəli həmkarı Məhəmməd bin Salmanın İrana yönəlik fikirlərinə sərt reaksiya verib.

“Milletim.info” Moderator.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının müdafiə  nazirinin “münaqişə ocağını İranın sərhədləri istiqamətinə yönəltməliyik”  sözləri rəsmi Tehranı hiddətləndirib.
İranın müdafiə naziri Səudiyyə Ərəbistanını belə bir hərbə əl atacağı təqdirdə müqəddəs şəhərləri çıxmaq şərtiylə istənilən bölgəsinin təhlükə altında qalacağını bildirib:
“Səudiyyə Ərəbistanı müharibəni İran sərhədlərinə nə cür daşıyacaq?! Onlar bunu necə edəcəklər bilmirəm. Amma ərəbləri belə bir sərsəm hərbi yanlışlığa yol verməmələri üçün xəbərdar edirik. Yox, əgər bunu edərlərsə, Məkkə və Mədinə xaric, bir dənə də olsun təhlükəsiz şəhərləri qalmayacaq”.