DİQQƏT! Uyğun olmayan QİDA və DƏRMANLAR

0
9

Bəzi qidalar dərmanların orqanizmə olan təsirini azaldır, dərmanların yanaşı təsirlərinin inkişafı riskini artırır.

Bu səbəbdən sizə hər hansı dərman təyin olunubsa, həkimlə qidalanma rejimi haqqında məsləhətləşin.

Süd məhsulları və antibiotiklər

Sizə antibiotiklər təyin olunubsa, süd məhsullarından (xüsusilə bu südə aiddir) imtina edin. Xüsusilə bu tetrasiklin, ftorxinolon və siplofloksasin qruplarına aid olan preparatlara aiddir. Süd məhsullarında olan kalsium antibiotiklə birləşdikdə dərmanın təsiri azaldır.

Qreypfrut və bəzi dərmanlar

Qreypfrut bir çox dərmanların təsirini azaldır, yanaşı təsirlərin riskini artırır və həmçinin dərmanın qaraciyərdə toplanmasına səbəb olur ki, nəticədə bu qaraciyərin fəaliyyətinə mənfi təsir edir.

Bu səbəbdən sizə hər hansı dərman təyin olunubsa, qreypfrut yeməyin və qreypfrut şirəsini içməyin.

Alma və portağal şirəsi və allergiya əleyhinə preparatlar

Bu şirələr antihistamin preparatlarının təsirini azaldır.

Darçın və varfarin (qanı duruldan preparat)

Darçınla varfarinin bir-birinə təsiri nəticəsində qaraciyərə çox mənfi təsir edən birləşmələr əmələ gəlir.

Parasetamol və spirtli içkilər

Parasetamol və spirtli içkilərin eyni zamanda qəbulu qaraciyər hüceyrələrinin dağılmasına səbəb olur.