Türk ordusunda bir ilk:Kamikadzelər gəlir

0
1
Türkiyənin Müdafiə və Mühəndislik (TMM) Qurumu hərbi sənayə sahəsində növbəti yeniliyə imza atıb.

Türkiyə Silahlı Qüvvələrinə və Müdafiə Sənayesi Katibliyinə texniki, layihə, logistik eləcə də digər yönlərdə dəstək verən TMM kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) ərsəyə gətirib.

Süni zəka alqoritmləriylə təchiz edilən müşahidəetmə funksiyasiyalı PUA-lar toplu şəkildə hərəkət edərək düşmən obyekti məhv etmək qabiliyyətinə malik olacaq.

Həmin PUA-ların adları da diqqətçəkicidir.

“Alpaqu”, “Karqu” ve “Toqan”nın yaxın zamanda hərbi qüvvələrin sərəncamına veriləcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən PUA-lar İDEF-2017 sərgisində nümayiş olunacaq.