“IV İslam Həmrəyliyi Oyunları orta məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək”.
Bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Nazir müavini qeyd edib ki, dərslər adi qaydada davam etdiriləcək: “Oyunların keçirilməsinin paytaxtın mərkəzindəki məktəblərdə də tədrisin təşkilinə təsiri olmayacaq”.
Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. (APA)