Dünyanın ən böyük canlısı- 15 stadionluq ərazini zəbt edib

0
1

Dünya florasının ən böyük nümunəsi ABŞ-da tapılıb. Yaşayan ən böyük canlı hesab edilən göbələk 2.200 hektar ərazini zəbt edib.

Moderator.az xəbər verir ki, ABŞ-ın Malheur meşəsində kəşf edilən göbələk çox nəhəng olmaqla bərabər, həm də meşənin xeyli hissəsinə yayılıb. Ətrafdakı ağac, kol və başqa bitkilərə sarınan göbələyin 2400 yaşı olduğu müəyyənləşdirilib.
Göbələk yayıldığı ərazilərdə ağacların məhvinə də səbəb olub. Belə ki, sarındığı ağaclarda kökləri məhv edən göbələk tez bir zamanda onları qurudub. Göbələyin yayıldığı ərazinin ümumi ölçüsü 15 futbol stadionu boydadır.
Göbələyin aid olduğu Armillariya Osteoye növü o qədər də nadir növ sayılmır. Bu növə aid göbələklərə dünyanın hər yerində rast gəlmək olar. Lakin “təbiət nəhəngi”nin bu qədər yaşaması və bu qədər geniş əraziyə necə yayılması hamını təəccübləndirir.