ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton hesab edir ki, onun 2016-cı il prezident seçkilərində məğlubiyyətinə səbəb “Wikileaks” saytı və Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi olub.
APA-nın xəbərinə görə, bu barədə Hillari Klinton CNN telekanalına müsahibəsində bildirib.
“Bu kampaniya ideal deyildi, lakin mən qələbəyə doğru irəliləyirdim. Lakin Ceyms Kominin 28 oktyabr tarixli məktubu və Rusiyanın “WikiLeaks”i mənə səs verməyə meylli olan insanları ürkütdü. Bu müdaxilənin olmasını təsdiqləyən tutarlı sübutlar var”, – deyə o bildirib.
“Seçkilər oktyabrın 27-də keçirilsəydi, mən sizin prezidentiniz olacaqdım”, – deyə Klinton qeyd edib.