“Twitter” sosial şəbəkəsi İranın dini lideri Əli Xameneinin ərəb dilində olan səhifəsini bağlayıb.
APA-nın TASS-a istinadən verdiyi məlumatına görə, həmin səhifədə dini lider barədə xəbərlər verilirdi və iştirak etdiyi tədbirlər işıqlandırılırdı.
“Twitter” atdığı addımın səbəblərini açıqlamayıb.
Qeyd edək ki, Ayatullah Əli Xameneinin səhifəsi dəfələrlə xakerlər tərəfindən kiber hücumlara məruz qalıb. Hazırda bağlanan səhifə əvəzinə müvəqqəti olaraq yeni hesab fəaliyyət göstərir. Ərəb dilində səhifədən başqa İran dini liderinin ingilis, fransız və ispan dillərində “Twitter” hesabı var.