Prezident pensiyalarla bağlı qanunu təsdiqlədi, yeni fərman verdi –Dəyişikliklər

0
3

Bu gün Prezident “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”  Milli Məclsiin qəbul etdiyi yeni qanunu təsdiqləyib.

Eyni zamanda, Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında yeni fərman verib.

Strateq.az həmin dəyişiklikləri təqdim edir:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;”;

1.2. 1.0.9-cu maddədən “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq” sözləri çıxarılsın və həmin maddədə “məcburi dövlət” sözləri “könüllü” sözü ilə əvəz edilsin;

1.3. 1.0.11-ci maddə ləğv edilsin;

1.4. 1.0.12-ci maddədən “əmək pensiyalarının ikinci pilləsi olmaqla,” sözləri çıxarılsın;

1.5. 1.0.13-cü maddədən “əmək pensiyalarının üçüncü pilləsi olmaqla,” sözləri çıxarılsın;

1.6. 1.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.16-cı, 1.0.17-ci və 1.0.18-ci maddələr əlavə edilsin:

“1.0.16. idarəetmə xərcləri – məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2,5 faizi məbləğində müəyyənləşdirilən xərclərdir. Bu xərclərin təsdiq edilən məbləğdən artıq olan hissəsi və istifadə edilməmiş qalığı sosial sığorta ehtiyatına aid edilir;

1.0.17. sosial sığorta ehtiyatı – sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir;

1.0.18. xüsusi hesab – əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır.”;

1.7. 4.2.1-ci və 4.3.1-ci maddələr ləğv edilsin;

1.8. 4.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir.”;

1.9. 6.1-ci maddə ləğv edilsin;

1.10. 6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“6.2. Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir.”;

1.11. Aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:

“Maddə 6-1. Əmək pensiyasının minimum məbləği

Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.”;

1.12. 7-ci maddənin birinci hissəsində “62” rəqəmləri “63” rəqəmləri ilə, “57” rəqəmləri “60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilsin;

1.13. 7-ci maddədə “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:

“Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.”;

1.14. 8.1-ci və 8.2-ci maddələrdən “və azı 10 il sığorta stajı olan” sözləri çıxarılsın və həmin maddələrdə “olaraq müəyyən olunmuş” sözləri “şərtlər daxilində” sözləri ilə əvəz edilsin;

1.15. 8.3-cü maddədən “azı 10 il sığorta stajı olduqda” sözləri çıxarılsın və həmin maddədə “olaraq müəyyən olunmuş” sözləri “şərtlər daxilində” sözləri ilə əvəz edilsin;

1.16. 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilsin;

1.17. 9.3-cü maddəyə “15 il sığorta stajı olduqda” sözlərindən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilsin;

1.18. 9.4-cü maddəyə “şəxslərin” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.19. 9.4.1-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin;

1.20. 9.4.2-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə, “12 il 6 ayını” sözləri “17 il 6 ayını” sözləri ilə əvəz edilsin;

1.21. 9.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.”;

1.22. 9.7.1-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.23. 9.7.2-ci maddənin ikinci abzasında “55” rəqəmləri “60” rəqəmləri ilə, “25” rəqəmləri “30” rəqəmləri ilə, üçüncü abzasında “50” rəqəmləri “55” rəqəmləri ilə, “20” rəqəmləri “25” rəqəmləri ilə, “10 təqvim ilini” sözləri “12 il 6 ayını” sözləri ilə əvəz edilsin;

1.24. 9.7-1-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “işçilərinin” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.25. 9.7-2-ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “işçilərin” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.26. 10.1-ci maddə ləğv edilsin;

1.27. 10.2-ci maddəyə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin:

“Bu Qanuna uyğun olaraq təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.”;

1.28. 10.4-cü maddənin ikinci abzasından “BH+” sözləri çıxarılsın və dördüncü abzası ləğv edilsin;

1.29. 12.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“12.1. Əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.”;

1.30. 12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir.”;

1.31. 13.1-ci maddə ləğv edilsin;

1.32. 13.2-ci maddədə “184-ə” sözü “192-yə” sözü ilə əvəz edilsin;

1.33. 13.3-cü maddəyə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin:

“I qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.”;

1.34. Aşağıdakı məzmunda 13.3-1-ci maddə əlavə edilsin:

“13.3-1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərin fərdi hesabı vardırsa və hesablanan əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən azdırsa həmin məbləğə çatdırılmaqla, fərdi hesabı olmadıqda isə əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğində ödənilir. Bu kateqoriyadan olan şəxslərin bu Qanunun 12.1-ci və 13.3-cü maddələrindəki şərtlər nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən böyük məbləğdə əmək pensiyasının hesablanmasına əsas verdikdə, pensiyanın sığorta hissəsi həmin məbləğdə müəyyənləşdirilir.”;

1.35. 13.5-ci maddənin ikinci abzasından “BH+” sözləri çıxarılsın və dördüncü abzası ləğv edilsin;

1.36. 17.2-ci maddənin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilsin:

“Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur.”;

1.37. 18.1-ci maddə ləğv edilsin;

1.38. 18.2-ci maddədə “13.3-cü maddəsində” sözləri “13.3-cü və 13.3-1-ci maddələrində” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.”;

1.39. 18.4-cü maddə ləğv edilsin;

1.40. 19-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 19. Əmək pensiyasının sığorta hissəsinə əlavələr

19.1. Əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır:

19.1.1. Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat, şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində;

19.1.2. I qrup gözdən əlillərə 110 manat, digər I qrup əlillərə 22 manat məbləğində (2017-ci ilin 1 iyul tarixindən sonra təyin edilən pensiyalara tətbiq olunur);

19.1.3. öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün 5,5 manat məbləğində;

19.1.4. I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində;

19.1.5. siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə 11 manat məbləğində;

19.1.6. döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində;

19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə:

19.1.7.1. I qrup əlillərə 110 manat məbləğində;

19.1.7.2. II qrup əlillərə 77 manat məbləğində;

19.1.7.3. III qrup əlillərə 55 manat məbləğində;

19.1.8. Böyük Vətən müharibəsi iştirakçıları və əlillərinə:

19.1.8.1. I qrup əlillərə 154 manat məbləğində;

19.1.8.2. II qrup əlillərə 121 manat məbləğində;

19.1.8.3. III qrup əlillərə və əlil olmayan müharibə iştirakçılarına 99 manat məbləğində.

19.2. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi-tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.

19.3. Bu Qanunun 19.1.6-19.1.8-сi maddələrində nəzərdə tutulmuş əlavələrdən əmək pensiyaçısına yalnız biri – daha yüksəyi verilir.”;

1.41. 20.1.1-ci maddədə “əlil olmuş” sözləri “I qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan” sözləri ilə əvəz edilsin;

1.42. 20.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“20.1.3. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;”;

1.43. 20.1.3-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“20.1.3-1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;”;

1.44. 20.1.4-cü maddədə “əlil” sözü “I qrup əlil” sözləri ilə əvəz edilsin;

1.45. 20.1.5-1-ci maddədə “əlil” sözü “I qrup əlil” sözləri ilə əvəz edilsin və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.46. 20.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“20.1.6. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman);”;

1.47. Aşağıdakı məzmunda 20.1.6-1-ci maddə əlavə edilsin:

“20.1.6-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman) vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;”;

1.48. 20.1.7-ci maddənin əvvəlinə “əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş” sözləri əlavə edilsin;

1.49. 20.1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“20.1.9. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri;”;

1.50. 20.1.12-ci maddəyə “qulluqçular” sözündən sonra “(müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin;

1.51. 20.1.13-cü maddəyə “şəxslər” sözündən sonra “(müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin;

1.52. 20.1.14-cü maddədə “əlil” sözü “I qrup əlil” sözləri ilə əvəz edilsin və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.53. 20.1.16-cı maddədə “əlil olmuş” sözləri “I qrup əlil olmuş və Azərbaycan Respublikası Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikası” sözləri ilə əvəz edilsin;

1.54. 20.1.18-ci maddədə “əlil” sözü “I qrup əlil” sözləri ilə əvəz edilsin və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.55. 20.1.20-ci maddədə “əlil” sözü “I qrup əlil” sözləri ilə əvəz edilsin və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.56. 20.2-ci maddəyə “əmək pensiyasına” sözlərindən sonra “səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilsin;

1.57. 20.3-cü maddədə “əlil” sözü “I qrup əlil” sözləri ilə əvəz edilsin;

1.58. 20.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“20.4. Bu Qanunun 20.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş deputatın almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.”;

1.59. 20.5-ci maddə ləğv edilsin;

1.60. 20.6-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“20.6-1. Bu Qanunun 20.1.3-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.”;

1.61. 20.7-ci maddədə “əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla” sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir” sözləri ilə əvəz edilsin;

1.62. 20.7.1-ci və 20.7.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında;

20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.”;

1.63. 20.7.3-cü maddə ləğv edilsin;

1.64. 20.8.1-ci və 20.8.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə – orta aylıq əməkhaqqının 50 faizi miqdarında;

20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə – orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.”;

1.65. 20.8.3-cü maddə ləğv edilsin;

1.66. 20.9-cu maddədə “vəzifə maaşının” sözləri “əməkhaqqının” sözləri ilə əvəz edilsin;

1.67. Aşağıdakı məzmunda 20.9-1-ci maddə əlavə edilsin:

“20.9-1. Bu Qanunun 20.1.6-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.”;

1.68. 20.10-cu maddədə “20.1.1-20.1.2-ci maddələrində” sözləri “20.1.1-ci maddəsində” sözləri ilə əvəz edilsin;

1.69. 20.11.1-ci və 20.11.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında;

20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.”;

1.70. 20.11.3-cü maddə ləğv edilsin;

1.71. 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilsin və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi)” sözləri ilə əvəz edilsin;

1.72. 20.14.2-ci maddəyə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilsin;

1.73. 20.14.3-cü maddəyə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilsin;

1.74. 20.14.4-cü maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilsin və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi)” sözləri ilə əvəz edilsin;

1.75. 20.17.1-ci maddəyə “məbləğində” sözündən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilsin;

1.76. 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilsin;

1.77. 20.19.1-ci və 20.19.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə – orta aylıq əməkhaqqının 50 faizi miqdarında;

20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə – orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.”;

1.78. 20.19.3-cü maddə ləğv edilsin;

1.79. 20.21-ci maddəyə “əmək pensiyasına” sözlərindən sonra “səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilsin;

1.80. 20.22-ci maddədə “əlil” sözü “I qrup əlil” sözləri ilə əvəz edilsin;

1.81. 20.23-cü maddə aşağıdakı redaksiyada verilsin:

“20.23. Bu Qanunun 20.1.17-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş Azərbaycan Respublikası Hesablama Palatasının üzvünün almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.”;

1.82. 20.24-cü maddə ləğv edilsin;

1.83. 20.25-ci maddədə “20.1.16 və 20.1.17-ci maddələrində” sözləri “20.1.16-cı maddəsində” sözləri ilə əvəz edilsin;

1.84. 20.26.1-ci və 20.26.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“20.26.1. miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş miqrasiya orqanları işçilərinə – orta aylıq əməkhaqqının 50 faizi miqdarında;

20.26.2. miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş miqrasiya orqanları işçilərinə – orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.”;

1.85. 20.26.3-cü maddə ləğv edilsin;

1.86. 20.28.1-ci və 20.28.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə – orta aylıq əməkhaqqının 50 faizi miqdarında;

20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə – orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.”;

1.87. 20.28.3-cü maddə ləğv edilsin;

1.88. 26-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 26. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması

26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır.

26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır.

26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il yanvarın 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

1.89. 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilsin;

1.90. 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 iyul tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.”;

1.91. 27.2-ci və 27.3-cü maddələr ləğv edilsin.

1.92. 29-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi

29.1. Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

29.2. 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.”;

1.93. 31.1-ci maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılsın;

1.94. 32.1-ci maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılsın;

1.95. Aşağıdakı məzmunda 32.1-1-ci maddə əlavə edilsin:

“32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.”;

1.96. 32.2-ci maddədən “əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən” və “bütün” və “və ya sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın;

1.97. 32.3-cü maddədən “ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən” sözləri çıxarılsın;

1.98. 37.3.1-ci maddənin birinci cümləsindən “baza və” sözləri çıxarılsın, ikinci cümləsinə “keçdikdə” sözündən sonra “, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə” sözləri və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir”;

1.99. 37.3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“37.3.2. əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır;”;

1.100. 37.3.4-cü maddənin birinci cümləsində “20.1.1-20.1.10-cu və 20.1.14-cü-20.1.21-ci” sözləri “20.1.1-20.1.21-ci” sözləri ilə əvəz edilsin və həmin cümlədən “, digər hallarda isə tam məbləğdə” sözləri çıxarılsın, ikinci cümləsində birinci mötərizədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilsin, ikinci mötərizədən “20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə,” sözləri çıxarılsın və həmin mötərizəyə “20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə,” sözlərindən sonra “20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə,” sözləri əlavə edilsin;

1.101. 37.3.5-ci maddə ləğv edilsin;

1.102. 37.3-cü maddənin sonuna aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur.”;

1.103. 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin;

1.104. 42.2-ci maddədə “yaşa görə əmək pensiyasının baza hissəsinin” sözləri “əmək pensiyasının minimum məbləğinin” sözləri ilə əvəz edilsin.

1.105. 43.2-ci maddə ləğv edilsin;

1.106. 44-cü maddə ləğv edilsin;

1.107. 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”.

Maddə 2. Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir.