Ru­si­ya­nın Azər­bay­ca­na bu­də­fə­ki si­lah sa­tı­şı əv­vəl­ki­lə­rə bən­zə­mir…

0
3

“Bir də­fə Pu­tin er­mə­ni jur­na­lis­tə bu­nun­la bağ­lı kor­rekt ca­vab ver­di”


Ra­miz Ta­ğı­yev: “Bu­də­fə­ki si­lah sa­tı­şı əv­vəl­kin­dən za­man eti­ba­ri­lə fərq­lən­di və bu­nu tə­sa­düf sa­ya bil­mə­rik”

Azər­bay­can Res­pub­li­ka­sı ilə Ru­si­ya Fe­de­ra­si­ya­sı ara­sın­da im­za­lan­mış hər­bi-tex­ni­ki əmək­daş­lıq mü­qa­vi­lə­si­nə əsa­sən, Ru­si­ya­dan öl­kə­mi­zə si­lah-sur­sat və müx­tə­lif tə­yi­nat­lı müa­sir hər­bi tex­ni­ka­nın növ­bə­ti par­ti­ya­sı gə­ti­ri­lib.

Mü­da­fiə Na­zir­li­yin­dən ve­ri­lən mə­lu­ma­ta gö­rə, gə­mi­lər va­si­tə­si­lə Ba­kı­ya çat­dı­rı­lan hər­bi tə­yi­nat­lı ye­ni məh­sul­lar eks­pert­lə­rin iş­ti­ra­kı ilə təh­vil alı­na­raq ai­diy­yə­ti hər­bi his­sə­lə­rə ve­ri­lə­cək.

Hə­min si­lah-sur­sat və hər­bi tex­ni­ka­nın qı­sa za­man­da Azər­bay­can Si­lah­lı Qüv­və­lə­ri böl­mə­lə­ri­nin si­lah­lan­ma­sı­na da­xil edil­mə­si və dö­yüş tət­bi­qi­nə tam ha­zır və­ziy­yə­tə gə­ti­ril­mə­si tə­min edi­lə­cək.

Ye­ni si­lah və hər­bi tex­ni­ka­nın tət­bi­qi üz­rə mü­tə­xəs­sis­lə­rin ha­zır­lı­ğı ru­si­ya­lı tə­li­mat­çı­lar tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lə­cək.

Bun­dan baş­qa, is­ti­fa­də­də olan si­lah və tex­ni­ka­nın ye­ni tex­no­lo­gi­ya­la­rın tət­bi­qi ilə, mər­hə­lə­lər­lə mo­der­ni­zə edil­mə­si pro­se­si də da­vam et­di­ri­lir.

Atı­lan bu ad­dım Er­mə­nis­ta­nı ye­ni sülh da­nı­şıq­la­rı­na va­dar et­mək məq­sə­di­ni da­şı­ya bi­lər­mi?

Si­ya­sət­çi Ra­miz Ta­ğı­yev açıqlamasında bil­dir­di ki, bu­nun məhz ap­re­lin 28-də baş tu­ta­caq Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı ilə bağ­lı Azər­bay­can, Er­mə­nis­tan və Ru­si­ya xa­ri­ci iş­lər na­zir­lə­ri­nin gö­rü­şü ərə­fə­sin­də edil­mə­si tə­sa­dü­fi de­yil: “Mə­lum­dur ki, Er­mə­nis­tan müx­tə­lif bə­ha­nə­lər­lə sülh da­nı­şıq­la­rı pro­se­sin­dən ya­yı­nır. Hət­ta da­nı­şıq­la­rı tərk et­di­yi­ni də bə­yan edib. Həm­çi­nin Azər­bay­can tə­rə­fi Sankt-Pe­ter­burq­dan son­ra da­nı­şıq­lar pro­se­si­nin ge­di­şi ilə ta­ma­mi­lə ra­zı de­yil. Bi­zi Azər­bay­can tor­paq­la­rı­nın iş­ğal­dan azad edil­mə­si və köç­kün­lə­rin qay­ta­rıl­ma­sı mə­sə­lə­lə­ri­nin pro­ses­dən fak­ti­ki ola­raq çı­xa­rıl­ma­sı və ya ona do­la­yı ya­na­şıl­ma­sı ra­zı sal­mır. Qar­şı tə­rəf isə ATƏT-in Minsk Qru­pu­nun dəs­tə­yi­ni ala­raq atəş­kəs re­ji­mi­nin güc­lən­di­ril­mə­si mə­sə­lə­si­ni mü­za­ki­rə edir.

Di­gər tə­rəf­dən, pro­ses bü­tün is­ti­qa­mət­lər­də irə­li­lə­mə­li və sə­nəd­lər­də ək­si­ni tap­ma­lı ol­du­ğu hal­da, elə hey subs­tan­tiv da­nı­şıq­lar­dan söh­bət ge­dir. Er­mə­nis­ta­nın möv­qe­yi – pa­ket pla­nı subs­tan­tiv da­nı­şıq­la­rın apa­rıl­ma­sı­na im­kan ver­mir. Ru­si­ya da ma­raq­lı­dır ki, da­nı­şıq­lar­da bir qə­dər irə­li­lə­yiş ol­sun. Çün­ki onun va­si­tə­çi­lik mis­si­ya­sı adı­na bir qə­dər xə­ləl gə­lir. Ru­si­ya bu pro­ses­də özü­nün tə­sir im­kan­la­rı­nın çox­lu­ğu­na gö­rə di­gər həm­sədr­lər­dən fərq­lən­mək is­tə­yir. Ona gö­rə də müa­sir si­lah sa­tı­şı­nın məhz bu an­da re­al­laş­ma­sı Er­mə­nis­ta­na, ki­çik də ol­sa, təz­yiq ki­mi də­yər­lən­di­ri­lə bi­lər. Ru­si­ya hər iki tə­rə­fə si­lah sat­dı­ğı­nı giz­lət­mir. Hət­ta bir də­fə Pu­tin er­mə­ni jur­na­lis­tə bu­nun­la bağ­lı kor­rekt ca­vab ver­di. Bil­dir­di ki, bu­nun­la Ru­si­ya pul qa­za­nır, ki­mə si­lah sat­maq və ya sat­ma­maq mə­sə­lə­sin­də han­sı­sa döv­lət­lə məs­lə­hət­ləş­mə­yə borc­lu de­yil. An­caq bu­də­fə­ki si­lah sa­tı­şı əv­vəl­kin­dən za­man eti­ba­ri­lə fərq­lən­di və bu­nu tə­sa­düf sa­ya bil­mə­rik”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ