Birinci qrup gözdən əlil ölkə prezidentinə müraciət etdi…

0
3

Əhməd Bodurov:”Balakən rayon İcra Hakimiyyətinin rəhbərliyi mənimlə açıq-aşkar ədavət aparır”

Balakən rayonundan gəlib, dərdini “Millətim.info”-ya söyləmiş birinci qrup gözdən əlil Əhməd Bodurov ölkə prezidentinə müraciət edib. Bu barədə məlumat verən şikayətçi bildirir ki, ötən il əkib-becərdiyi tütün sahəsi xəbərdarlıq edilmədən başqasına verildiyindən, yetişdirdiyi tütün şitilləri əlində qalıb:

1

“Balakən rayon İcra Hakimiyyətinin rəhbərliyi mənimlə açıq-aşkar ədavət aparır. Əziyyət çəkib 40 istixanada şitil yetirmişəm. Ötən il əkdiyim sahəni xəbərdarlıq etmədən başqasına vermələri bəs deyilmiş kimi, şitilləri əkmək üçün digər ərazilərdə də yer ayırmırlar. Belə getsə gec olacaq. Son ümid yerim kimi Ölkə prezidentinə müraciət etmişəm. Mən, torpaga, aqrar sahəyə məhz prezidentin çagırışlarından sonra meyl salmışam. Balakən rayon rəhbərliyi bu işi də mənə çox görür. Birinci qrup əlil olsam da yaşayıb-yaratmaq, öz halal zəhmətimdən bəhrələnmək istəyirəm. Bunun nəyi pisdir ki?”

“Millətim.İnfo” saytı olaraq Ə.Bodurovun bu sualına Balakən rayon İcra Hakimiyyətinin aydınlıq gətirməsini arzu edirik.

Nicat