“Bu gün Azərbaycana gələn turistlərdən arayış tələb olunmur.”
Bunu AzNews.az-a açıqlamasında tibbi ekspert, professor Aqil Qeybulla Azərbaycana xaricdən gətirilən tropik malyariya xəstəliyi ilə bağlı məlumatı şərh edərkən deyib:
Bakı şəhərində, xüsusilə də mərkəz yerlərdə turistlərin sayının həddindən artıq çox olduğunu görürük. Dünyanın hər yerində turist axını var və biz də bunu normal qəbul edirik. Amma qəribə odur ki, turistlər Azərbaycana gələndə onlardan hər hansı bir arayış tələb olunmur. Azərbaycan ərazisinə daxil olan turistlər öz ölkələrində yayılmış yoluxucu xəstəliklərlə bağlı hansısa yoxlamadan keçiblərmi? Əllərində arayış varmı? Təəssüflər olsun ki, bunu onlardan soruşan yoxdur.
Aqil Qeybulla qeyd edib ki, hansısa kooporativ maraqlara görə, turistləri Azərbaycana qəbul etmək düzgün deyil:
Siz hələ malyariya xəstəliyindən danışırsınız. Azərbaycana gələn turistlər gənc qızlarla əylənir. Onlar həmin vaxt hansı xəstəlikləri yayırlar? Bunun statistikasını aparın. İnanıram ki, bunu səsi sonra çıxacaq. Bu ölkəmiz üçün dəhşətdir. Hər bir turist Azərbaycana daxil olanda yoxlamadan keçməlidir. Azərbaycana ən çox turist axını ərəb ölkələrindəndir. Onlardan mütləq arayış tələb olunmalıdır.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsi Azərbaycanda 7 milyon insanın malyariya xəstəliyinin riski altında yaşadığını bildirib. O, bu xəstəliyi Azərbaycana xaricdən gəldiyini qeyd edib